ABŞ-İran gərginliyi: atəşkəsin bitməsinə iki gün qaldı

Tramp deyib ki, İran razılaşmasa ölkənin enerji infrastrukturu və körpüləri vurulacaq

ABŞ ilə İran arasında müvəqqəti atəşkəsin başa çatmasına iki gün qalmış vəziyyət yenidən kəskinləşib. ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığında İrana məxsus yük gəmisinin ələ keçirildiyini açıqlayıb.

Vaşinqton danışıqları davam etdirmək üçün heyəti Pakistana göndərsə də, Tehran yeni görüşlərdə iştirak etməyəcəyini bildirib. İran tərəfi ABŞ-nin dəniz blokadasını atəşkəsin pozulması kimi qiymətləndirir.

Tramp isə gözlənilən görüşləri İran üçün “son şans” adlandıraraq razılaşma əldə olunmasa, ölkənin enerji infrastrukturu və körpülərinin vurulacağı ilə hədələyib.

Regionda gərginlik yüksək olaraq qalır, atəşkəsin taleyi yaxın günlərdə bəlli olacaq.