ABŞ kəşfiyyatı Pezeşkianın İsrailin hücumları zamanı xəsarət aldığını təsdiqləyib
07:27 18.07.2025
Gündəm
308
İran Prezidenti Məsud Pezeşkian ötən ay İsrailin hava hücumları zamanı xəsarət alıb.
APA xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatından adı açıqlanmayan iki mənbə CBS News-a bildirib.
Məlumata görə, hadisə Prezident Pezeşkianın da iştirak etdiyi İranın Ali Təhlükəsizlik Şurasının iclası zamanı baş verib.
Qeyd edək ki, bir müddət əvvəl “Fars” xəbər agentliyi də buna bənzər bir məlumat yayaraq, iyun ayının 16-da Tehranın qərb hissəsində bir binanın aşağı mərtəbələrinin bombalandığını xəbər verib. Həmin məkanda isə Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Xəbərə görə, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf, ədliyyə naziri Qulamhüseyn Mohsen-Ejei və digər rəsmi şəxslər də orada olub.
İclas iştirakçılarının qaçmasının qarşısını almaq üçün iclasın keçirildiyi məkanın giriş və çıxış yerlərinə altı bomba və raketlər atılıb. Binada elektrik enerjisinin kəsilməsinə baxmayaraq, dövlət rəsmiləri fövqəladə vəziyyətlər üçün istifadə olunan çıxış vasitəsilə hadisə yerini tərk etməyə nail olublar ki, bu zaman Prezident Pezeşkian və digərləri ayaq nahiyələrindən xəsarət alıblar.
Xatırladaq ki, İran və İsrail arasında 12 gün davam edən müharibə ABŞ tərəfindən elan edilən atəşkəslə iyunun 24-də başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə