ABŞ kiberdələduzlara qarşı viza məhdudiyyətləri tətbiq edir - Marko Rubio

ABŞ kibercinayətlərdə, o cümlədən kiberdələduzluq və internet üzərindən seksual şantajda iştirak edən şəxslərə qarşı yeni qlobal viza məhdudiyyətləri tətbiq edir.

Sherg.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bəyan edib.

Onun sözlərinə görə, məhdudiyyətlər kibercinayətlərə görə məsuliyyət daşıyan və ya onların törədilməsinə yardım edən şəxslərə şamil olunacaq. Ayrı-ayrı hallarda bu tədbirlər həmin şəxslərin yaxın ailə üzvlərinə də tətbiq edilə bilər.

Rubio bildirib ki, yeni viza siyasəti informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin, xüsusilə kiberdələduzluq və internet üzərindən seksual şantajın qarşısının alınmasına yönəlib.

ABŞ dövlət katibi qeyd edib ki, Amerika hakimiyyət orqanlarının hesablamalarına görə, təkcə 2024-cü ildə kiberdələduzlar ABŞ vətəndaşlarından azı 10 milyard dollar vəsait oğurlayıblar.