ABŞ mətbuatında yayılan iddiaya görə, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Den Keyn
prezident Donald Trampı İrana qarşı mümkün hərbi əməliyyatın uzunmüddətli münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdar edib.
Sherg.az xəbər verir ki, "Axios" saytının məlumatına görə, Keyn Ağ Ev rəhbərliyinə hücum qərarının ciddi risklər daşıya biləcəyini bildirib. Mənbələr generalın hərbi əməliyyata qarşı olmadığını, lakin mümkün nəticələrə realist yanaşdığını qeyd ediblər.
Donald Tramp isə xəbərləri “tamamilə yanlış” adlandırıb. O bildirib ki, razılaşmaya üstünlük verir, lakin diplomatik nəticə əldə olunmasa, İran üçün “çox pis gün” olacaq.
Qeyd edək ki, İran və ABŞ arasında dayandırılmış nüvə danışıqları fevral ayında yenidən bərpa olunub və tərəflərin növbəti görüşü Cenevrədə gözlənilir.