İngiltərənin "New Statesman" jurnalı Donald Trampın İran siyasətini sərt tənqid edərək ABŞ-nin qlobal gücünü itirdiyini yazdı.
Sherg.az xəbər verir ki, “Amerika imperiyasının sonu” başlıqlı analizdə qeyd olunur ki, Vaşinqton artıq “geri dönüşü olmayan yol”a girib.
Jurnalın diqqətçəkən üz qabığında ABŞ-nin simvolu olan qartalın oxla vurulmuş halda təsvir edilməsi ölkənin öz siyasətinin qurbanına çevrildiyi mesajını verir.
Ekspertlər xəbərdarlıq edir ki, Yaxın Şərqdəki müharibə təkcə hərbi deyil, ABŞ-nin maliyyə hegemonluğunu da sarsıdır. Mümkün quru əməliyyatının isə Vyetnam, Əfqanıstan və İraq müharibələrindən daha ağır nəticələr doğura biləcəyi vurğulanır.