ABŞ hərbi aviasiyasının kontinental ərazilərdəki bazaları kamikadze-dronların mümkün hücumları qarşısında hələ də müdafiəsiz qalmaqdadır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Konqresinin Senatının Təsisat komitəsində keçirilən dinləmələrdə ABŞ Hərbi Hava Qüvvələri katibi Troy Meynk bəyan edib.
"Bu, xüsusilə ABŞ-nin kontinental ərazisində ən ciddi təhdidlərdən biridir. İndiyə qədər biz bu əraziləri aviasiya üçün təhlükəsiz sığınacaq hesab edirdik və pilotsuz uçuş aparatlarından qorunmaq üçün yetərli tədbirlər görmürdük. Lakin hazırda vəziyyət sürətlə dəyişir", - deyə nazir vurğulayıb.
T.Meynk rəsmi Vaşinqtonun bu istiqamətdə təxirəsalınmaz addımlar atdığını qeyd edib: "Hazırda biz prioritet bazaların seçilməsi prosesindəyik və yaxın perspektivdə diqqət mərkəzində olan təxminən 14 bazada müdafiə avadanlıqlarının quraşdırılmasına başlayırıq".