"Fox News" telekanalı ABŞ müdafiə qurumundakı mənbəyə istinadən ölkənin İrana endirdiyi zərbələr əməliyyatının başa çatdığını bildirib.
Sherg.az xəbər verir ki, məlumata görə, əməliyyat uğurla yekunlaşıb. Lakin zərbələrin nəticələri və hədəf alınan obyektlərlə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.
Mənbənin sözlərinə görə, "ABŞ-nin bu gecə İran ərazisindəki hədəflərə endirdiyi zərbələr başa çatıb".
Qeyd edək ki, iyunun 27-də də ABŞ hərbi qüvvələri İran ərazisində bir sıra hədəflərə zərbələr endirmişdi. Bundan sonra tərəflər qarşılıqlı hücumlar həyata keçiriblər. ABŞ Prezidenti Donald Tramp Tehranı atəşkəs rejimini pozmaqda ittiham edib və İranın əldə olunan razılaşmaları "ağılsızcasına" pozduğunu bildirib. Vaşinqton həmçinin İranı Hörmüz boğazında bir gəmiyə hücum etməkdə günahlandırıb.