ABŞ-nin maliyyə naziri: Oktyabrın 1-dən İrandan bütün ölkələrə uçuşlar dayandırılacaq

ABŞ-nin maliyyə naziri Skott Bessent İranla münaqişənin nə qədər davam edəcəyini deyə bilməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Nazir bildirib ki, oktyabrın 1-dən bütün dünyada İrana məxsus aviaşirkətlərin fəaliyyəti dayandırılacaq.

Skott Bessent əlavə edib ki, İran məsələsini Çinlə də müzakirə edib və çinli rəsmilər bu prosesə çox fəal şəkildə cəlb olunublar.