ABŞ-nin Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi sual altındadır

ABŞ-də Rusiyaya qarşı yeni sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin qəbul olunacağı ehtimalı aşağı qiymətləndirilir.

Sherg.az xəbər verir ki, bu barədə Punchbowl News nəşrinin jurnalisti Endryu Desiderio bildirib.

Onun sözlərinə görə, ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini 86 səslə qəbul edib. Lakin sənədin Konqresin Nümayəndələr Palatasından keçməsi şübhə altındadır.

Senator Rend Pol isə Rusiyaya və İrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsinin amerikalılara ciddi zərər vuracağını bildirib. O, yeni sanksiyaların ABŞ ailələrinin maddi vəziyyətinə mənfi təsir göstərəcəyini və bu tədbirlərin səmərəsiz olduğunu vurğulayıb.