Ermənistanın müdafiə naziri Suren Papikyan fevralın 13-də ABŞ-nin İrəvandakı səfirliyinin müvəqqəti işlər vəkili Devid Alleni qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri diqqət mərkəzində olub.
Həmçinin ikitərəfli hərbi-texniki qarşılıqlı əlaqə, hərbçilər arasında təlim məsələləri və planlaşdırılan təlimlərin keçirilməsi müzakirə edilib.
Görüşdə S. Papikyan və D. Allen regional və beynəlxalq təhlükəsizlik məsələlərinə toxunublar.