ABŞ və İran qarşılıqlı zərbələrin dayandırılması barədə razılığa gəlib

ABŞ və İran qarşılıqlı hərbi zərbələrin dayandırılması ilə bağlı razılıq əldə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, tərəflər arasında əldə olunan razılaşma qarşılıqlı hücumların dayandırılmasını nəzərdə tutur. Hələlik razılaşmanın detalları açıqlanmayıb.

Qeyd edək ki, son həftələr ABŞ və İran arasında gərginlik artsa da, tərəflər paralel olaraq diplomatik təmasları və vasitəçilər üzərindən danışıqları davam etdiriblər.