Afaq Bəşirqızı və Faiq Ağayev deputatlığa namizəd olmağa tələsmirlər
İsmayıl Qocayev
11:22 04.12.2019
Gündəm
955
Qarşıdan növbədənkənar parlament seçkiləri gəlir. Millət vəkilliyinə namizədlər arasında sənət adamlarının da adı hallanır. Azərbaycanın bir neçə sənət adamının parlament seçkilərinə qatılması barədə söz-söhbətlər, müzakirələr gündəm olub. Parlamentə namizədlər arasında Xalq artistləri Afaq Bəşirqızı, Faiq Ağayev, Əməkdar artist Elza Seyidcahanın da adı hallanır.
Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması ilə bağlı sosial şəbəkədə kampaniya başlayıb.
Bir çox tanınmış aktrisanın fotosunu yayımlayaraq, onu deputat kimi görməyi arzuladığını yazıb.
Xalq artisti Afaq Bəşirqızı sosial şəbəkədə millət vəkili olması ilə bağlı başlanılan kampaniya və yayılan məlumatlara münasibət bildirib. Xalq artisti belə bir təklifin onun üçün sürpriz olduğunu bildirib:
“Belə bir təklifin olması özüm üçün də sürpriz oldu. Hamıya minnətdarlığımı bildirirəm. Amma hələlik bu barədə fikirləşmirəm. Hazırda yeni layihələrim var. Başım onlara qarışıqdır. İnsanlar məni parlamentdə görmək istəyirlərsə, buna təbii ki, sevinirəm. Demək xalq arasında o etimadı doğrultmuşam. Amma mən hələ belə bir qərara gəlməmişəm”.
“Sənət dostlarından kimlərsə bununla bağlı sizinlə əlaqə saxlayıb” sualına gəlincə, Afaq Bəşirqızı belə deyib:
“Xeyr. Çünki buna vaxtım yoxdur. Bütün günü yeni layihə ilə bağlı axşam saat 23:00-a kimi çalışıram. İnanın ki, hər gün evə yorğun gəlirəm”.
Qeyd edək ki, sosial şəbəkələrdə sənətçilərin bir çoxu Afaq Bəşirqızının şəklini yayaraq, onun deputat olmasını istəmələri ilə bağlı paylaşımlar edib. Hətta bununla bağlı sosial şəbəkələrdə kampaniyalar belə başladılıb.
Xalq artisti Faiq Ağayevlə də əlaqə saxladıq. Faiq Ağayev "Şərq"ə açıqlamasında hələ bu barədə danışmağın tez olduğunu söylədi:
"Hələ parlamentə seçkilərin nə vaxt keçiriləcəyi bəlli deyil. Bu barədə konkret fikir bildirmək düşünürəm ki, tezdi. Hadisələri qabaqlamadan bir az səbrli olmaq məncə ən doğru addımdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm