Ağ Evdən iddialı açıqlama: İranla danışıqlar yaxşı irəliləyir

ABŞ və İran arasında danışıqlar hələ də davam edir və yaxşı irəliləyir.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Levitti müntəzəm mətbuat brifinqində bildirib.

"Rejimin bütün ictimai ritorikasına və yalan hesabatlarına baxmayaraq, danışıqlar davam edir və yaxşı gedir. Əlbəttə ki, açıq şəkildə deyilənlər bizə şəxsi olaraq deyilənlərdən çox fərqlidir", - deyə o əlavə edib.

O qeyd edib ki, ABŞ ordusu İrana zərbələr endirməyə davam edir.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, böyük şəhərlərə zərbələr endirilib. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəflərinə də zərbələr endirilib.