"Ağdam-Xankəndi yolu son variantdır və sülh danışıqlarının açarıdır" - ŞƏRH
08:50 30.07.2023
Gündəm
491
"Bölgədə yeni müharibə ocağı alovlanarsa, bu, Ermənistanın bir dövlət olaraq süqutuna gətirib çıxaracaq"
"Azərbaycan tərəfindən razılıq almadan Ermənistandan içərisində 400 ton “humanitar yardım” olduğu iddia edilən 20 yük maşını beynəlxalq müşahidəçilər cəlb edilməklə suveren ərazilərimizə soxulmağa cəhd edir".
Bu sözləri "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, siyasi şərhçi Vasif Əfəndiyev deyib.
Ekspert vurğulayıb ki, ermənilər bununla "diktə edən tərəfə" çevrilmək əzmini göstərmək istəyirlər:
"Ermənistanın bu addımı mübahisəsiz sülh danışıqlarını manipulyasiya etməkdir. Müharibənin bitməsindən 3 ilə yaxın zaman keçməsinə baxmayaraq, Ermənistanın radikal anti-sülh qüvvələri reallığı dərk etmir, vəziyyətlə barışmaq istəmirlər. Əlbəttə, Ermənistanın bir-birini əvəz edən gülünc hoqqaları nəticəsiz qalacaq. Bunlar hələ 1988-ci ilin havası ilə oynayırlar. Amma artıq hansı havanın çalınacağını Azərbaycan sifariş verir. Rusiya sülhməramlılarının cəhdi uğursuz alındıqdan sonra dövriyyəyə Avropa müşahidçiləri girib. Hesab edirəm ki, bu məsələdə heç bir güzəştə gedilməməlidir. Təklif edilən Ağdam-Xankəndi yolu son variantdır və sülh danışıqlarının açarıdır. Qarabağ iqtisadi rayonunda yaşamaq istəyən erməni azlığın bütün imtiyazları tanınmaqla yanaşı, separatçılara qarşı ciddi tədbirlər görülməlidir".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Moskva, Paris və Tehranın bölgədə davamlı sülhün təmin olunmasında maraqlı olmaması mahiyyətcə eyni bəyanatlardan açıq duyulur:
"Bu günlərdə yenə də İrandan Ermənistana şübhəli yüklərin daşınmasına başlanılıb. Bu “üçbacı ölkələr” regionda davamlı və möhkəm sülhün əleyhinə fəaliyyət göstərirlər. Türkiyə Prezidentinin NATO Zirvəsində Rusiyaya yönəlik “2025-ci ildə sülhməramlılar qarabağdan çıxacaq” bəyanatı yerində və zamanında verilən mesajdır. Ermənistanı növbəti qarşıdurmaya və müharibəyə itələyən ölkələr öz siyasi maraqlarını təmin etmək üçün erməni azlığının taleyinə "biganə qalmamaq" görüntüsü verirlər. Bölgədə yeni müharibə ocağı alovlanarsa, bu, Ermənistanın bir dövlət olaraq süqutuna gətirib çıxaracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət