
Aİ Ermənistanı sülhə vadar etməlidir - Mişelin çağırışı...
Yusif Nəzərli
14:02 05.10.2023
Gündəm
550
Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistanı ərazi bütövlüyünü qarşılıqlı tanımağa çağırıb.
Bu barədə xarici media məlumat yayıb.
Mişel qeyd edib ki, AB-nin Ermənistan və Azərbaycan arasında vasitəçiliyi Avropa Birliyinin bu regionda maraqlarını qorumağa yönəlib.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında qeyd edib ki, Şarl Mişel Azərbaycan Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin tənzimlənməsində moderator qismində çıxış edir:
"Həmçinin, bu proses 2021-ci ilin dekabrından başlayıb. Digər tərəfdən Avropa Siyasi Birliyi çərçivəsində çox mühüm görüşlər keçrilib. Bunlar da sülhə xidmət edən addımlar olub. Lakin Qranada görüşünün baş tutmamasının başlıca səbəbi Fransa-Ermənistan pozucu addımları ilə bağlıdır. İndi isə Şarl Mişel bu cür çağırış edir. Məgər Brüsseldə tərəflər rəqəmlər ifadəsində bir-birinin ərazi bütövlüyünü tanımadı? Yaxud Almatı bəyannaməsinə tərafdar çıxdıqlarını bildirmədilər? Eyni zamanda BMT nizamnaməsi daxilində əməkdaşlığının yaradılmasına dair fikirlər ifadə olunmadı?

Bütün bunların hamısı baş verib və arxada qalıb. Ona görə də, bu gün əməli praktiki müstəvidə ərazi bütövlüyünə dair bütün problemlərin aradan qaldırılması önəmlidir. Əgər Ermənistanın vaxtında sülhə məcbur edilməsi baş versə idi, Azərbaycan lokal xarakterli antiterror tədbirləri həyata keçirməzdi. Buna görə də, Avropa İttifaqı öz mövqeyində qəti və ardıcıl olmalıdır. Həmçinin, verilən vədləri yerinə yetirilməli və Ermənistanın sülhə məcbur edilməsi aktuallıq kəsb etməlidir. Burada Avropa İttifaqı enerji təhlükəsizliyi və Rusiya Ukrayna müharibəsi fonunda yaranan qaz ehtiyaclarını ödəmək maraqlarını güdür. Lakin Azərbaycanın suveren hüquqlarının təmin olunması məsələsində bir problem yaradılmamalıdır. Bizim üçün ərazi bütövlüyü və suverenlik ən ali prinsiplərdir. Avropa İttifaqı öz vasitəçilik missiyasını davam etdirmək niyyətini güdürsə, Ermənistanı mütləq sülhə vadar etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm