Aİ-nin Çinin yüksəlişinə mane olmaq niyyəti yoxdur


Mənim Çinlə bağlı beş mesajım var və bunu Çindəki görüşlərimdə də bildirmişəm. Bizim Çinin yüksəlişinə mane olmaq niyyətimiz yoxdur.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ səfirlərinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Aİ Tayvanla bağlı mövqeyini Pekinə açıq şəkildə bildirib.

“Biz Tayvanla çoxşaxəli əməkdaşlığımızı davam etdirəcəyik, ancaq bu onun suverenliyini tanımaqla bağlı deyil.

Bilirsiniz, biz Çinə sistemli rəqabət barədə deyəndə onlar bunu xoşlamır. Onlara izah edirik ki, biz fərqli sosial siyasi sistemləri müdafiə edirik. Biz rəqabətdə olmağı düşmən kimi qəbul etməməliyik. Biz düşmən deyilik! Çinin dünyada rolu var və Çinə ehtiyacımız var. Lakin Çin bunu anlamalıdır ki, onun Avropa bazarlarına girişi çətin olacaq, çünki bizim şirkətlərimiz Çin bazarına giriş üçün eyni çətinliklə üzləşirsə, bunun belə olması anlaşılandır. Biz proteksionist deyilik, amma bəlkə də özümüzü müdafiə etməliyik.

İqtisadi təhlükəsizlik bizim xarici siyasətimizdə vacib yer tutur, ancaq bu anti-Çin ssenarisi kimi təqdim olunmamalıdır. Əksinə, bizim Çinə ehtiyacımız var. Çinlə əməkdaşlığımızı yüksəltməliyik. Biz əməkdaşlıq etməyə davam etməli, eyni zamanda, Çindən də nə gözlədiyimizi də açıq şəkildə bildirməliyik.

Mən çinli dostlarımıza da bildirmişəm ki, biz sizin Ukrayna üçün daha çox şey etməyiniz gözləyirik. Biz Çinin bizim mövqeyimizi bölüşəcəyinə inanmırıq, ancaq Çindən Ukrayna ilə daha çox təmas, daha çox humanitar yardım və Rusiyanı Ukraynadan çıxmağa inandırmasını gözləyirik”, - Borrell qeyd edib.