İran və Oman arasında aparılan danışıqlarda cəmi bir və ya iki məsələ hələ də razılaşdırılmayıb.
Bu barədə “Al Jazeera“ yüksək vəzifəli diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu məsələlər “xüsusilə mürəkkəb görünmür”.
“Digər tərəflərin zərərli müdaxiləsi baş verməsə, razılaşma artıq bu gün və ya sabah əldə oluna bilər”, – diplomatik mənbə bildirib.
Mənbə həmçinin qeyd edib ki, Hörmüz boğazı İranla Oman arasında fikir ayrılığı səbəbindən bağlanmayıb.
Onun sözlərinə görə, boğazın bağlanması və ya yenidən açılması ABŞ-ın beynəlxalq hüququ pozan addımlar atıb-atmamasından asılı olacaq.