Ali Məhkəmənin sədri: Qarşıda hələ də görüləcək işlər var, islahatlar davam etdiriləcək
Yusif Nəzərli
06:12 14.07.2023
Gündəm
467
Ali Məhkəmə məhkəmə islahatlarının mərkəzində yer alır. Son islahatlar çərçivəsində Ali Məhkəmə tərəfindən digər orqanlarla birgə təhlillər apararaq qabaqcıl beynəlxalq təcrübə öyrənilib.
APA xəbər verir ki, bunu Femida Dialoq Platformasında Sahibkarlarla görüş adlı tədbirdə Ali Məhkəmənin sədri İnam Kərimov deyib.
O bildirib ki, nəticədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin sosial təminatının gücləndirilməsi və digər məsələlərlə bağlı bir çox normativ aktlar qəbul edilib:
"İslahatlar bununla yekunlaşmır. Qarşıda hələ də görüləcək işlər var və bundan sonra da islahatlar davam etdiriləcək. Cənab Prezidentin dediyi kimi, məhkəmə islahatlarının başlanğıcı var, sonu yoxdur".
Ali Məhkəmənin sədri bildirib ki, ölkəmizdə məhkəmə sistemində davamlı islahatlar aparılır, ancaq sahibkarları narahat edən, dövrümüzün tələblərinə uyğun olaraq gündəlik təcrübədə rastlaşdıqları çətinliklər hələ də mövcuddur:
"Buna görə də sizlərlə dialoq aparırıq. Dialoq isə daimi olmalıdır. Ali Məhkəmə olaraq biz hər zaman dialoqa və üzərimizə düşənləri etməyə hazırıq".
İnam Kərimov deyib ki, qanunvericiliyə edilən son dəyişikliklərlə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırmaq vəzifəsi təsbit edilib:
O eyni zamanda əlavə edib ki, sahibkarlığın inkişafı da dövlətin hər zaman əsas prioritet hədəflərindən biri olub:
"Bazar iqtisadiyyatında dayanıqlı inkişaf üçün davamlı investisiya yatırımları tələb olunur. Sahibkarlar isə siyasi stabil və sərmayələrinin yüksək səviyyədə qorunduğu ölkələrə yatırımlar edirlər. İnvestisiyanın qorunmasında isə ölkədə müstəqil və ədalətli məhkəmə sistemi tələb olunur. Dünyada olan təcrübə göstərir ki, müstəqil və qərəzsiz məhkəmə sistemi həmçinin ölkədə kiçik və orta sahibkarlığın sürətli inkişafında və böyük bizneslərin formalaşmasında önəmli rola malikdir. Belə ki, müstəqil və səmərəli məhkəmə sistemi ölkəyə həm daxildən, həm də xaricdən investisiyalar cəlb edilməsinə zəmin yaradır və ölkədə sahibkarlıq fəaliyyətini stimullaşdırır. Məhz bu səbəbdən də Azərbaycanda məhkəmə islahatları daim dövlətin diqqət mərkəzində olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm