Almaniya ordusunda silah və hərbi texnika çatışmazlığı ciddi həddə çatıb.
Sherg.az xəbər verir ki, Bundestaq deputatı və Almaniya Ehtiyatda Olan Hərbçilər Birliyinin sədri Bastian Ernst bildirib ki, ehtiyatda olan hərbçilər təlimlər keçirmək üçün nizami ordunun silah və texnikasından istifadə etməyə, hətta onları oğurlamağa məcbur qalırlar.
Onun sözlərinə görə, orduda tüfəng, nəqliyyat vasitələri və digər hərbi avadanlıqların çatışmazlığı müşahidə olunur.
Almaniya yeni hərbi xidmət qanunu ilə könüllü xidmət prinsipini qorusa da, könüllülərin kifayət etmədiyi və ya təhlükəsizlik təhdidi yarandığı halda məcburi hərbi xidmətə qayıtmağı mümkün edir.
Berlin eyni zamanda müdafiə imkanlarını genişləndirir və 2029–2030-cu illərdə Rusiya ilə mümkün qarşıdurmaya hazırlaşdığını bildirir.