Amerika Əfqanıstanı tərk edir, Tayvanda isə möhkəmlənir
11:31 15.04.2021
Gündəm
455
Co Bayden ABŞ prezidenti vəzifəsinə başladıqdan 100 gün keçdikdən sonra önəmli açıqlama verib: “Bu ilin 11 sentyabr tarixinə qədər Amerika qoşunları Əfqanıstanı tərk edəcək”.
Hazırda ABŞ-ın Əfqanıstanda 2500-ə yaxın hərbçisi var ki, bu da Barak Obamanın prezidentliyi dövründəki 100 min hərbçidən xeyli azdır.
Ağ Evin mətbuat katibi Psaki jurnalistlərə verdiyi açıqlamada Əfqanıstandakı problemlərin hərbi həll yolu olmadığını, əksinə məsələlərin diplomatik həll tələb etdiyini söylədi: “Əsgərlərimizi geri çəkdiyimizə baxmayaraq, Əfqanıstanda diplomatik və humanitar işlərə dəstək verməyə davam edəcəyik. Digər ölkələrdən istər Pakistan, istər Rusiya, istər Çin, istər Hindistan, istərsə də bölgədəki payı olan başqa dövlətlər olsun, sabitlik məqsədilə fəaliyyətlərini davam etmələrini xahiş edəcəyik. Əhəmiyyətli humanitar qaynaqlar təmin etməyə davam edəcəyik”.
Co Bayden 20 il əvvəl ölkəsinin Əfqanıstandakı müharibəyə qoşulmasını belə izah edib: “Bizə hücum edildi. Müharibəyə açıq hədəflərlə getdik. Bu hədəflərə çatdıq. Üsamə Bin Laden öldü və Əl-Qaidə İraqda, Əfqanıstanda deqradasiya edildi. Və əbədi müharibəyə son qoymağın vaxtı gəldi”. Bayden Əfqanıstanı tərk etmək üçün maraqlı vaxt seçib. Terrorçuların Amerikaya hücum etməsinin 20 illiyi tarixində Əfqanıstanı tərk edəcəklər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, siyasi ekspertlər Baydenin Əfqanıstandan danışarkən bir sıra dövlətlə yanaşı Hindistanın adını çəkdiyinə işarə ediblər:
“Məsələ burasındadır ki, Hindistanın da Əfqanıstanda maraqları var, bu ölkənin terrorçuluqdan qurtulmasını və sabitliyin bətpasını arzulayır. Keçmişdə bir-birini əvəz edən Ağ Ev administrasiyaları Hindistanın Əfqanıstandakı sülh və inkişafdakı rolunu yüksək qiymətləndirmişdilər. Amerika Konqresinin Komitəsinin Əfqanıstanla bağlı son hesabatında bu cümlələr yer alıb: “Hindistan Əfqanıstanın yenidən qurulmasına dəstək verir, ancaq Dehli Kabil ilə daha dərin bir müdafiə əlaqəsi qurmağa meyl göstərmir”.
ABŞ və Taliban təmsilçiləri Əfqanıstanda davamlı sülhün bərqərar olması və ABŞ əsgərlərinin Amerikanın ən uzun müharibəsindən yurdlarına dönmələri üçün 29 fevral 2020 tarixində Dohada müqavilə imzalamışdılar. Bu müqaviləyə əsasən, ABŞ 14 ay ərzində bütün əsgərlərini Əfqanıstandan çıxarmalaı idi. Ancaq sonra bunu reallaşdırmaq mümkün olmadı”.
Analitik qeyd edib ki, Amerika Əfqanıstanda döyüşlər və yenidənqurma işləri üçün bu günə qədər 1 trilyon dollardan çox pul xərcləyib:
“Amerika 20 ildə Əfqanıstanda təxminən 2.400 hərbçisini itirib. Bu arada, Co Bayden başqa bir istiqamətdə də fəallığını artırıb. Ağ Ev sahibi Tayvan adasına xüsusi heyət göndərib.
Bu Vaşinqtonun Pekinə mesajıdır ki, ABŞ Tayvana siyasi və hərbi dəstəyini davam etdirəcək. Çin Xarici İşlər Nazirliyinin sözçüsü brifinqində çıxış edərək, ABŞ hökumətinin Tayvanla əlaqəsini tənqid etdiklərini, bunun “vahid Çin” prinsipinə, o cümlədən Çin-ABŞ msünasibətlərinə mənfi təsir etdiyini vurğulayıb.
Bunun qarşılığında ABŞ dövlət katibi Entoni Blinken Çinin bölgədə aqressiv siyasətini gücləndirməsindən narahat olduqlarını bildirib. Son bir neçə ayda, Çinin döyüş təyyarələri Tayvanın hava sahəsinə mütəmadi daxil olublar.
ABŞ Ticarət Nazirliyi eyni zamanda Çin şirkətlərindən birinin informasiya və kommunikasiya texnologiyaları təchizatı zəncirini pozub-pozmadığını müəyyənləşdirmək üçün istintaqa çağırıb.
Ticarət Nazirliyi son illər Çinin ABŞ texnologiyalarından istifadə etməsinin qarşısını almaq üçün səlahiyyətlərindən istifadə edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region