“İran ABŞ ilə təhdid və güc altında danışıqlar aparmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İranın Pakistandakı səfiri Reza Amiri Moqadam deyib.
“Böyük sivilizasiyaya sahib olan bir ölkə təhdid və güc altında danışıqlar aparmayacaq. Bu, fundamental, İslami və teoloji prinsipdir. Kaş ABŞ bunu başa düşəydi”, - diplomat bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqların ikinci raundunun aprelin 22-də Pakistanda keçiriləcəyi ehtimal olunur.