Ancelina Colidən yeni iddia: “Əvvəllər də mənə işgəncə edib”
10:18 06.04.2024
Gündəm
576
Hollivud “ulduz”ları Bred Pitt və Ancelina Jolinin evliliyinin illər öncə bitməsinə baxmayaraq, ikili arasındakı hüquq davası davam edir. Ancelina Coli Bred Pitə qarşı yeni iddia irəli sürərək keçmiş həyat yoldaşının evli olduqları müddətdə ona qarşı fiziki zor tətbiq etdiyini deyib. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, A.Coli 2016-cı ildə övladlarıyla birlikdə səyahətə çıxdıqları zaman B.Pitt təyyarə salonunda uşaqlarla kobud davranıb, onlara fiziki güc tətbiq edib. A.Coli “fiziki zorluqlar təyyarə olayından öncə də yaşanıb. Təyyarə olayından sonra isə ondan ayrılmaq qərarına gəldim”, söyləyib. Məşhur aktrisanın B.Pitdən boşanmaq qərarının təyyarə olayından sonra qətiləşdiyini onun vəkili də təsdiq edib. B.Pitin yaxın dostu isə “People” dərgisinə açıqlamasında bu iddiaların əsassız olduğunu söyləyib. 60 yaşlı B.Pitt, övladları üzərində valideynlik hüququnu tələb etməkdən vaz keçib və bütün hüquqların A.Coliyə verilməsinə etiraz etməyib. Amma o, övladlarını ziyarət etmək, onlarla zaman keçirmək hüququna malikdir. Məhkəmə davasının növbəti il yekunlaşacağı gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə