Ankara İslamabad və Ər-Riyadla ittifaqa yeni üzvlərin qəbuluna hazırdır

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının müdafiə ittifaqı digər ölkələrin də pakta qoşulmaq müraciətlərinə baxa bilər.

Sherg.az xəbər Bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk bildirib.

Aktürk qeyd edib ki, mexanizm formalaşdırıldıqdan və lazımi konsensus əldə edildikdən sonra digər ölkələrin ittifaqa qoşulması məsələsinə baxıla bilər.

Onun sözlərinə görə, ittifaq NATO-nu əvəz etmək və ya onunla rəqabət aparmaq məqsədi daşımır, əksinə, qlobal təhlükəsizlik arxitekturasını tamamlayan mexanizm olacaq.

Türkiyəli rəsmi vurğulayıb ki, saziş hər hansı ölkəyə qarşı yönəlməyib. İttifaq iştirakçıları birgə hərbi təlimlər keçirməyi də planlaşdırırlar.

Xatırladaq ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də kollektiv müdafiə, kəşfiyyat məlumatlarının mübadiləsi və regional təhlükəsizlik sahəsində koordinasiyanı nəzərdə tutan saziş imzalayıblar.