İsrail, Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası (GKRY) Türkiyənin Şərqi Aralıq dənizində artan hərbi və strateji gücünə qarşı üçtərəfli hərbi əməkdaşlıq planı hazırlayıb.
Sherg.az xəbər verir ki, İsrail ordusuna bağlı IDF bu razılaşmanı diqqətçəkən şəkildə türkcə paylaşımla elan edib və “imzalar atıldı” mesajı verib. Razılaşma ortaq təlimləri, hərbi dialoqu və mümkün sürətli müdaxilə qüvvəsini əhatə edir. Yunan və İsrail mediasına görə, bu əməkdaşlığın əsas motivasiyası Türkiyənin bölgədə formalaşdırdığı faktiki güc nümayişı və “Mavi Vətən” doktrinası çərçivəsində artan təsiridir.