Aqil Şirinov: Qafqaz Albaniyası bütövlükdə Qafqazda xristianlığın əsasının qoyulduğu yerdir
15:42 17.07.2022
Gündəm
557
Azərbaycan İlahiyyat İnstitutunun ölkəmizdə fəaliyyət göstərən dini icmalarla sıx əlaqəsi var. Bu icmalardan biri də Alban-udi dini icmasıdır. Alban-udi dini icması Azərbaycanın qədim alban irsinin mənəvi davamçısı hesab olunur. İnstitutumuz bu irsin öyrənilməsinə və öyrədilməsinə xüsusi əhəmiyyət verir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Qəbələnin Nic qəsəbəsində Alban-udi xristin dini icması ilə keçirilən tədbirdə deyib.
Rektor bildirib ki, Qafqaz Albaniyası bütövlükdə Qafqazda xristianlığın əsasının qoyulduğu bir yerdir. Xristianlıq ilk olaraq Qafqaz Albaniyasından bütün Qafqaz regionuna yayılıb. Bu, Azərbaycanın irsidir və dövlətimiz təkcə müsəlman irsinə deyil, eyni zamanda, xristian irsinə də sahib çıxır. “İlahiyyat İnstitutu olaraq, biz bu irsin öyrənilməsi və öyrədilməsinə öz töhfəmizi vermək üçün Alban-udi icması ilə birlikdə “Xristianlıq” kursu təşkil etdik. Bu kursda xristianlığın müxtəlif aspektləri Alban-udi icmasının üzvlərinə öyrədilib”,- deyə rektor qeyd edib.
Aqil Şirinov Azərbaycanda məscidlərlə yanaşı, kilsələrin də inşa edildiyini, təmir olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, Qarabağda məscidlərlə yanaşı, kilsə və məbədlər də erməni vandalizminə məruz qalıb. Hazırda vandalizmin qurbanına çevrilmiş kilsə və məbədlər də əsaslı təmir və bərpa olunur: “Bu, Azərbaycan dövlətinin tolerant siyasətinin, dövlətimiz tərəfindən burada yaşayan bütün insanların dini azadlığının qorunmasının nəticəsidir. Eyni zamanda, Azərbaycan dövlətinin burada yaşayan müxtəlif dinlərin nümayəndələrinə göstərdiyi qayğının bariz nümunəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya