Arakçı Pakistan XİN başçısı ilə danışdı

İranın xarici işlər naziri Abbas Arakçı ilə Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Abbas Arakçı özünün Teleqram kanalında yazıb.

Bildirilib ki, şənbə gecəsi telefon danışığı zamanı ən son regional proseslər və ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparılıb.

Pakistanın xarici işlər naziri İrana qarşı hərbi təcavüzün dayandırılması və regionda sülh, sabitliyin bərpası üçün ölkəsinin xoşməramlı diplomatik səylərini izah edib və bu məqsədə çatmaq üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Pakistan ABŞ və İran arasında danışıqlar üçün vasitəlik edir.