Arutyunyan hansı sirləri bilir? - Paşinyan qorxuda...
Arutyunyan hansı sirləri bilir? - Paşinyan qorxuda...
Yusif Nəzərli
12:05 27.10.2023
Gündəm
473
Ermənistan mediası Qarabağda keçmiş separatçı “rəhbərlərin” qandallanaraq, Bakıya gətirilməsi məsələsi ətrafında yeni fərziyyələr, sui-qəsd nəzəriyyələri irəli sürməkdə davam edir.
Publika.az xəbər verir ki, əsas müzakirə mövzularından biri də Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın həbs olunmasına baxmayaraq, Samvel Babayan və Samvel Şahramanyanın Ermənistana qaça bilməsi ətrafındadır.
Samvel Babayan separatçılar arasından Ermənistana gedə bilən ilk şəxs idi və onun keçidi haqda müxtəlif versiyalar irəli sürülür. Hərçənd, ən real versiya Babayanın erməni əhalisinin arasına qarışaraq, Laçın sərhəd-keçid məntəqəsini keçə bilməsidir. Özü İrəvanda verdiyi açıqlamada bildirdi ki, o, Ağdərədən çıxan erməni əhalisinin arasında keçə bilib. Azərbaycan bölgədən çıxmaq istəyən erməni əhalisinin təhlükəsizliyini təmin etdiyi üçün Babayanın diqqətdən yayınması mümkündür. Onun gedişindən sonra nəzarətin gücləndirildiyi haqda məlumatlar var. Ruben Vardanyanın əhalinin arasında gizlənərək, Laçın postunu keçmək cəhdi, lakin həbs edilməsi də bunu deməyə əsas verir. Şahramanyanın isə Ermənistana qaça bilməsinə “göz yumulduğu” ehtimalı var, çünki o, separatçıların sonuncu “başçısı” kimi təslim oldu və bütün tələbləri icra etdi.
Hərçənd, erməni mediasının əsas diqqət çəkdiyi məqam qandallanaraq Bakıya gətirilən separatçıların Ermənistanda Nikol Paşinyanın rəqibi ola biləcək şəxslər olmasıdır.
“Hraparak” yazır ki, Vardanyan, Qukasyan, Saakyan, David Babayan, Levon Mnatsakyan və digərləri Paşinyan üçün arzuolunmaz şəxslərdir. Lakin nəşr Araik Arutyunyanı bu siyahıya əlavə etmir və bunu “müəmmalı” adlandırır.
“Araik Arutyunyan bu siyahıya uyğun gəlmir, çünki onun Qarabağda Paşinyanla əməkdaşlıq etdiyi məlumdur, 44 günlük müharibədə əsas günahkar da ikisi idi və heç vaxt Ermənistan hakimiyyətinə qarşı çıxmayıb. Arutyunyanın həbsi Azərbaycanın nöqteyi-nəzərindən müharibədə etdiklərinə görədir, lakin Paşinyanın maraqları baxımından suallar yaradır. Mümkündür ki, Araik Arutyunyan 44 günlük müharibədə Ermənistan hakimiyyəti ilə bağlı əhəmiyyətli sirləri bilir, ona görə də Paşinyan da onun qandallanmasında maraqlıdır”, - nəşr iddia edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi