“Astanada nazirləri danışıqlar üçün tək qoyacaqlar"- Elmar Məmmədyarov
13:10 29.04.2024
Gündəm
397
“Qazaxıstan görüşlər üçün sadəcə yer təşkil edir"
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Qazaxıstanda görüşəcək.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov isə deyib ki, Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq.
“Almatıda belə danışıqları planlaşdırırıq. İndi Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Qeyd etmək istərdim ki, Astananın vasitəçiliyindən danışmırıq, biz yalnız xoşməramlı xidmətlər, “good offices” (yaxşı ofis) təqdim edirik”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının Astanada görüşü gözlənilir.
Gözlənilən görüşü “Sherg.az”a dəyərləndirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, XİN başçıları həmin görüşlə sülh sazişinə nail olmağın mümkün olub-olmadığını aydınlaşdırmağa çalışırlar:
“Qazaxıstan görüşlər üçün sadəcə yer təşkil edir. Onlar, Ermənistan və Azərbaycan XİN başçılarını Astanada qarşıladıqdan sonra təkbətək görüş üçün nazirləri tək qoyacaqlar. Qazaxıstan bizimlə dost və qonşu ölkədir. Demilitasiya və demkarkasiya komisiyasının danışıqları kimi, sülh məsələsi də Ermənistan-Azərbaycan sərhəddində danışıla bilər. Ümumiyyətlə, sülh danışıqları üçün birbaşa danışıqların aparılması məntiqi daha məqsədə uyğundur. Çünki danışıqlarda üçüncü ölkənin öz milli maraqları mövcuddur. Digər tərəfdən sülh sazişi ilk növbədə Ermənistana lazımdır. Ermənilər sülh sazişini imzalamaq istəyirlərsə, öz qanunvericiliklərini dəyişdirməlidirlər. Həmin konstitusiyada Qarabağ iddiası mövcuddur. Ona görə də sülh sazişi ilə Ermənistan qanunvericiliyinin dəyişdirilməsi eyni paketin içində həll olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət