Avropa İttifaqı Qırğızıstanı təhlükəsizlik səbəbi ilə uçuş qadağası tətbiq olunan ölkələr siyahısından çıxarıb. Qərar 2006-cı ildən qüvvədə olan məhdudiyyətin ləğvi deməkdir.
Sherg.az xəbər verir ki, qadağa nəticəsində Qırğızıstan aviaşirkətləri Avropaya birbaşa uçuş həyata keçirə bilmirdilər və sərnişinlər tranzit uçuşlardan istifadə edirdilər.
Qərarın Qırğızıstanın Mülki Aviasiya sahəsində həyata keçirdiyi islahatlar və təhlükəsizlik standartlarının yaxşılaşdırılması ilə bağlı olduğu bildirilib. Avropa Komissiyası aparılan texniki qiymətləndirmələrdən sonra ölkənin aviasiya sistemində ciddi irəliləyiş olduğunu qeyd edib.
Qırğızıstan hökumətinin məlumatına görə, son illərdə ölkədə sərnişin daşımaları və uçuş sayı əhəmiyyətli dərəcədə artıb və aviaşirkətlər parkı yenilənib.