“Azərbaycan ABŞ-ni Qafqazdakı proseslərdə tərəfdaşlığa dəvət edir” - Gözləntilər var!
Yusif Nəzərli
10:45 02.02.2022
Gündəm
461
“Bununla da rəsmi Bakı beynəlxalq hüququn da keşiyində durulmasının labüdlüyünü diqqətə çatdırır”
“Azərbaycan tərəfin belə açıqlaması həm də onun Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində Rusiyanın monopoliyanı əlində cəmləşdirməsini istəmədiyini göstərir”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda çıxış edib. Prezidentin köməkçisi bildirib ki,Azərbaycan sülh gündəliyini izləyir və bu gündəlik qonşu və tərəfdaş ölkələrlə dinc əlaqələrin yaradılmasına mesajdır.
H.Hacıyev Azərbaycanın tərəfdaş və qonşu ölkələrlə birlikdə Cənubi Qafqazın münaqişə və müharibələrdən azad regiona çevrilməsi istiqamətində fəaliyyət göstərdiyini vurğulayıb. O eyni zamanda diqqətə çatdırıb ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır:
“Bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. Regionun yeni brendinq strategiyasına ehtiyacı var. Azərbaycan inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun inşası üçün öz rolunu oynamağa hazırdır. Biz burada ABŞ-ı vacib tərəfdaş kimi görürük”.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli prezident köməçisinin yekun sülhlə bağlı fikirlərini “Sherg.az”a dəyərləndirib. O bildirib ki, hazırda bu məsələdə rəsmi Bakının ABŞ-ni vacib tərəfdaş kimi görməsinin əsas səbəbi Paşinyan adminstrasiyasının Amerika və Avropadakı mövqeyi ilə bağlıdır:
“Çünki indi Paşinyan ATƏT-in Mink qrupunun yenidən dirilməsi ilə bağlı iddiaları məhz Amerikadan aldığı tezislər vasitəsilə gündəmə gətirməkdədir. Hazırda bu məsələlərdə Amerikanın adının çəkilməsi həm də Azərbaycanın çoxvektorlu Rusiya və ABŞ-yə yönəlik siyasətinin olmasını göstərir”.
Ə.Əlibəylinin fikrincə, Azərbaycan tərəfin belə açıqlaması həm də onun Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində Rusiyanın monopoliyanı əlində cəmləşdirməsini istəmədiyini göstərir:
“Beynəlxalq hüquq deyir ki, ölkələrin ərazi bütövlüyü və suverenliyi pozulmamlıdır. Amma Azərbaycanın ərazi bütövlüyü pozulub. Bu baxımdan da beynəlxalq hüququn təməlləri, insan haqları da müharibə cinayətlərinə görə pozulub. ABŞ dünyada demokratiyanın beşiyi və onun keşiyində duran ölkə kimi qəbul olunur. Azərbaycan da məhz bu məsələdə, Qafqazdakı proseslərdə onu ciddi şəkildə tərəfdaşlığa dəvət edir. Bununla da rəsmi Bakı beynəlxalq hüququn da keşiyində durulmasının labüdlüyünü diqqətə çatdırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil