Azərbaycan ABŞ-nin "Zəngəzur planı"na yaşıl işıq yandırmır - ŞƏRH
Yusif Nəzərli
06:42 30.07.2025
Gündəm
330
Əgər Bakı dəhlizə nəzarəti başqa ölkəyə vermək niyyətində olsaydı, Rusiya ilə əməkdaşlığı davam etdirərdi
Qısa müddət öncə İspaniyanın “Periodista Digital” nəşrində yayılan mübahisəli məqalədə Ermənistan hökumətinin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinə nəzarəti ABŞ-yə verməyə razılaşdığı iddia edildi. Nəşr yazırdı ki, hətta bu istiqamətdə memorandum da imzalanıb və sənəd Ermənistanın Sünik rayonu (Zəngəzur-.red) ərazisindən keçməklə, Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur.
Marşruta da müvəqqəti olaraq “Tramp körpüsü” adı verilib. Ən diqqətçəkən məqam isə dəhlizin özəl Amerika şirkəti tərəfindən idarə olunması iddiasıdır. Burada söhbət nizami ordudan yox, 1000-ə yaxın döyüşçüdən ibarət özəl hərbi şirkətdən gedir. Bu qüvvələr dəhlizin təhlükəsizliyini təmin edəcək və marşrutdan əldə olunan gəlirin yalnız 30 faizi İrəvana veriləcək. Nəşrin iddiasına görə, memorandum artıq Ermənistan, Azərbaycan və ABŞ tərəfindən təsdiqlənib. Prezidentin köməkçisi Hikmət Hacıyev isə qeyd edib ki, bu məsələ Ermənistanın qərarına bağlıdır. Onun fikrincə, əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu, onların işidir: "Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz Transqafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq".
Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, Hikmət Hacıyevin sözləri Bakının birbaşa İrəvana, dolayı yolla isə Vaşinqtona cavabı kimi qiymətləndirilə bilər. Ekspertə görə, ortada təsdiqlənmiş bir sənəd yoxdur:
"İstisna deyil ki, Vaşinqton tərəflərə bu məzmunda memorandum təklif edib və müəyyən təzyiqlər də göstərib. Ancaq bütün bunlara rəğmən, İrəvandan fərqli olaraq Bakının belə bir təklifi qəbul etməsi gözlənilmir. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı siyasəti praqmatik və çoxvektorlu xarakter daşıyır. Bakı regional iqtisadi inteqrasiyanı təşviq edir. Eyni zamanda təhlükəsizlik risklərini qabaqcadan nəzərə alaraq ehtiyatlı addımlar atır. ABŞ və Ermənistan arasında imzalanmış memorandumun detallarına rəsmi təsdiq verilməsə də, belə bir gediş Azərbaycanın maraqlarına uyğun deyil. Xüsusilə də 1000 nəfərdən ibarət özəl hərbi şirkətin dəhlizə nəzarət etməsi məsələsi qəbuledilməzdir. ABŞ-nin layihəyə hərbi komponent əlavə etməsi, regionda güc balansını dəyişməyə yönəlməsi Azərbaycanın maraqlarına uyğun gəlmir. Əgər Bakı dəhlizə nəzarəti başqa ölkəyə vermək niyyətində olsaydı, Rusiya ilə əməkdaşlığı davam etdirərdi. Bu baxımdan, Hikmət Hacıyevin açıqlaması Azərbaycanın ABŞ təklifinə birbaşa “yox” demədən, məsafəli və ehtiyatlı yanaşdığını göstərir. Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, Ermənistanın dəhlizdə kiminlə işləmək istəməsi onun seçimidir. Bakı isə enerji və nəqliyyat siyasətini suverenlik prinsipi əsasında həyata keçirir".
Analitikə görə, Bakı alternativ marşrutlar üzərində işləməklə həm siyasi çevikliyini qoruyur, həm də İrəvanla aparılan müzakirələrdə təzyiq imkanlarını artırır:
"H.Hacıyevin “Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz Transqafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq” sözləri bunu təsdiqləyir. Prezidentin köməkçisi açıqlamasında İran və Gürcüstanı xüsusi olaraq qeyd edir ki, bu da təsadüfi deyil. Azərbaycan Zəngəzur dəhlizinin alternativ marşrutlarını məhz bu iki ölkə istiqamətində inkişaf etdirir. İran vasitəsilə Naxçıvanla quru bağlantının gücləndirilməsi, eləcə də Gürcüstan üzərindən Avropa bazarlarına çıxış imkanı ölkəmizin manevr sahəsini genişləndirir. Bakı həmçinin bilir ki, İran ABŞ-nin regiondakı hərbi varlığına qarşı sərt reaksiya verəcək. Bu səbəbdən “topu” İrəvana ataraq bir daha alternativ marşrutlara üstünlük verdiyi mesajını çatdırır. Bununla da, İran və Rusiyanın ehtimal olunan reaksiyalarından özünü sığortalayır. Nəticə etibarilə, Bakı üçün əsas məsələ suverenliyə hörmət, regional əməkdaşlıq və uzunmüddətli sabitliyin təmin olunmasıdır. ABŞ-Ermənistan memorandumu olsun, ya da olmasın, Azərbaycan öz yolunu seçir. Zəngəzur dəhlizinin hansısa xarici ölkə və ya beynəlxalq şirkətin nəzarətinə verilməsinə isə isti yanaşmır. Hətta belə şərtlərlə dəhlizin açılması məsələsi gündəmdən çıxarıla və proses də arxa plana keçə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya