
Azərbaycan ABŞ üçün daha strateji əhəmiyyət kəsb edir - TƏHLİL
12:31 07.11.2023
Gündəm
703
Vaşinqton – Bakı münasibətləri Ermənistana rəğmən, davam edəcək
Çünki iki ölkə arasında münasibətlərin dərin iqtisadi, strateji əsasları var
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Frank Fallon X sosial platformasında ABŞ-ın Ermənistana təhlükəsizlik və humanitar sahədə dəstək verməsinin vacibliyini vurğulayıb. Maraqlıdır ki, ABŞ-ın Ermənistana hərbi dəstəyi və Rusiyanı bu ölkədən sıxışdırmağa çalışması cəhdlərində yenidən Azərbaycan bəhanə kimi göstərilib. Üstəlik, konqresmen Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etməsini “Qarabağın işğalı” adlandırmaq kimi həyasızlıqdan da çəkinməyib.
Deyib ki, "Erməni Müqəddəs Stefan Kilsəsi"nin 35 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanın Qarabağı "işğalı"ndan sonra ABŞ-ın Ermənistana təhlükəsizlik və humanitar yardım göstərməsinin zəruriliyindən danışıb. Onun sözlərinə görə, Azərbaycanın Ermənistanın cənubuna mümkün "hücumları" ABŞ-dan hərəkət tələb edir. Xatırladaq ki, Ermənistan müdafiə nazirinin müavini Asryan bu gün ABŞ-ın Avropa Komandanlığının qərargahını ziyarət edərək, erməni ordusunun modernləşməsi üçün Pentaqondan yardım istəyib. Göründüyü kimi Ermənistanın istəkləri ilə amerikalı konqresmenlərin açıqlamaları paralel davam edir, bəhanə isə yalnız Azərbaycandır. Halbuki, prosesin Rusiyaya qarşı olduğu şübhəsizdir. Məsələ ondadır ki, Qərb ölkələri və onların himayəsində olan təşkilatlar üçün ikili standartlar, qərəz öz maraqlarını ifadə etmək uzun illər əsas fəaliyyət normasına çevrilib. Hadisələrə qərəzli və qeyri-obyektiv yanaşma onların fəaliyyətinin əsas prinsiplərindən birinə çevrilib. Qərb ikili standartların daşıyıcısı rolunu öz üzərinə götürməklə obyektivlikdən tamamilə uzaq düşüb. Bu isə, əslində, onların iflası deməkdir. 70 ilə yaxındır həllini tapmayan İsrail-Fələstin münaqişəsinə yanaşmada da bu tendensiya açıq-aydın görünür. Münaqişələrin həllinə cavabdeh olan beynəlxalq təşkilatlar, xüsusən BMT kimi qurumların fəaliyyətsizliyi isə göz önündədir. BMT ona olan gözləntiləri doğrultmur, funksionallığı yox dərəcəsindədir bir daha nümayiş etdirdi. Şübhəsiz, BMT-nin tarixində ən böyük rüsvayçılıq Azərbaycanla Ermənistan arasında yaşanan münaqişədə üzə çıxdı. 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqları Ermənistan tərəfindən işğalda qaldı, bir milyondan çox vətəndaşımız məcburi köçkün və qaçqın vəziyyətinə salındı. Hətta işğal dövründə Azərbaycanın ərazilərində bütün dini, tarixi, mədəni abidələr dağıdıldı, təbii sərvətlərimiz talan edildi. Bütün bunlar azmış kimi, həmin ərazilərdə bir milyona yaxın mina da basdırılıb. Ancaq Qərb, ABŞ və BMT bu məsələlərlə bağlı səsini çıxartmır, münasibət bildirmir. 30 ilə yaxın susqunluğa üstünlük verən Qərb işğaldan azad olunmuş Azərbaycan ərazilərində "etnik təmizləmə" nağılından danışır. Ermənistanın təhlükəsizliyini özünə dərd edir. Bu qərəzli yanaşma Azərbaycana qarşı ədalətsiz münasibətdən xəbər verir.

Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, istər 30 illik münaqişə dövründə, istər ötən üç il ərzində daima erməni lobbisinin təsirində olan ayrı-ayrı konqresmenlərin Azərbaycana qarşı necə aqressiv fikirlər səsləndirdiyini eşitmişik. Deputatın sözlərinə görə, məhz həmin konqresmenlər zaman-zaman qanunsuz əməllərinə görə, Amerika hüququ qarşısında cavab verməli olublar:
"Bəzi Konqresmenlər qeyri-qanuni lobbiçilik etdiklərinə, iqtisadi cinayətkarlığa yol verdiklərinə görə, məsuliyyətə cəlb olunurlar. Düşünmürəm ki, hər hansı konqresmenin və ya senatorun fikri, yanaşması ABŞ-Azərbaycan münasibətlərində həlledici olsun. Lakin burada başqa faktor var. Cənubi Qafqazda mövqelərin yenidən bölüşdürülməsi ilə bağlı rəqabət prosesi gedir. Bu kontekstdə Ermənistan-ABŞ yaxınlaşması müşahidə olunur ki, bu da ciddi sual altındadır. Çünki hazırda bölgədə daha çox regional aktorların proseslərə təsir etmək imkanları və mexanizmləri var. Məncə, ABŞ-Azərbaycan münasibətləri Ermənistana rəğmən, davam edəcək. Çünki iki ölkə arasında münasibətlərin dərin iqtisadi, strateji əsasları var. Amerika Birləşmiş Ştatlarının həyata keçirdiyi antiterror siyasətində də digər hərbi siyasi təşkilatlanmalarda Azərbaycanın rolu, önəmi daha böyükdür. Azərbaycan Ermənistanla müqayisədə Amerika üçün daha strateji əhəmiyyət kəsb edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm