Azərbaycan ilə Avstriya arasında birbaşa aviareyslərə start verilib
Yusif Nəzərli
05:20 03.05.2023
Gündəm
415
Mayın 2-də Vyana Beynəlxalq Hava Limanında Bakı-Vyana-Bakı marşrutu üzrə ilk uçuş həyata keçirən təyyarənin təntənəli qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi və Vyana Beynəlxalq Hava Limanının təşkilatçılığı ilə keçirilən mərasimdə AZAL-a məxsus təyyarə eniş zolağında ənənəvi su şırnağı ilə qarşılanıb, Bakıdan yüksəkvəzifəli rəsmi qonaqların iştirakı ilə təyyarə önündə rəmzi lent kəsilib, daha sonra mərasim media nümayəndələrinin də iştirak etdiyi rəsmi hissə ilə davam edib.
Rəsmi hissədə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, “Azərbaycan Hava Yolları” QSC-nin icraçı direktorunun müavini Cəmil Manizadə və Vyana Beynəlxalq Hava Limanının baş icraçı direktoru Yulian Yaqer çıxış ediblər.
Çıxışlar zamanı bildirilib ki, son 30 il ərzində Azərbaycan ilə Avstriya arasında əlaqələr qarşılıqlı anlaşma və dostluq əsasında davamlı şəkildə inkişaf edir. Paytaxt şəhərlər arasında birbaşa aviareysin açılması Azərbaycan-Avstriya münasibətlərində mühüm mərhələ olmaqla yanaşı, ölkələr arasında turizm axınını gücləndirəcək, siyasi dialoqun inkişafı, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişləndirilməsinə töhfə verəcək. Avropa ilə Asiyanın kəsişmə nöqtəsində strateji mövqeyə malik Azərbaycanın Avropanın mərkəzində yerləşən Avstriya ilə hava körpüsü rolunu oynayan bu bağlantı, eyni zamanda, nəqliyyat və bağlılıq sahəsində əməkdaşlığın dərinləşməsinə imkan yaradacaq. Həmçinin qeyd edilib ki, yay mövsümü başlamadan uçuşlara start verilməsi hər iki ölkənin turizm potensialından səmərəli şəkildə istifadəsinə meydan açacaq.
Qeyd edilməlidir ki, AZAL tərəfindən birbaşa müntəzəm reyslər hər həftənin çərşənbə axşamı və cümə günləri səhər saatlarında həyata keçiriləcək. Reyslər Bakı ilə Vyana arasında sürətli və rahat uçuşu təmin edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət