Azərbaycan İnvestisiya Holdinqinin idarəetmə siyahısında dəyişiklik edildi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısında dəyişiklik edilib.

Sherg.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı yeni Fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nın 17-ci və 18-ci hissələri ləğv edilib.

Bununla da Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti və “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti sözügedən siyahıdan çıxarılıb.