Azərbaycan və Ermənistan liderlərinə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim edilib

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

Sherg.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirildi.

“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirildi.

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış etdi.

Mərasimdə Prezident İlham Əliyev çıxış etdi.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış etdi.