Azərbaycan və İraq məhkəmə-hüquq əməkdaşlığını müzakirə edib
16:02 04.07.2024
Gündəm
380
Konstitusiya Məhkəməsində Azərbaycanda rəsmi səfərdə olan İraqın Ali Məhkəmə Şurasının sədri Faiq Zidanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə "Sherg.az"a Konstitusiya Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, bu səfər Azərbaycan üçün tarixi hadisələrin cərəyan etdiyi dövrə təsadüf edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi bərpa edilib və bu il sentyabrın 1-də ilk dəfə həmin ərazilərdə Milli Məclisə seçkilər keçiriləcək.
Sədr Faiq Zidan qeyd edib ki, rəsmi səfərin məqsədi məhkəmə sahəsində əlaqələrin qurulması və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir. Qonaq iki ölkə arasında məhkəmə-hüquq əməkdaşlığının vacibliyinə toxunaraq, İraq Respublikasında konstitusiya ədalət mühakiməsini həyata keçirən Federal Ali Məhkəməsinin, təmsil etdiyi ölkənin məhkəmə orqanlarının fəaliyyətinin istiqamətləri və praktiki işindən bəhs edib.
Tərəflər arasında geniş fikir mübadiləsi aparılıb, məhkəmə-hüquq əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.
Oxşar xəbərlər
Özbəkistan Ermənistana Mərkəzi Asiya-Cənubi Qafqaz dəhlizinin inkişafını təklif edib
13:31 11.09.2026
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
12:47 11.09.2026
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm