
Azərbaycan və Pakistan hərbi əməkdaşlığı daha yaxın fazaya keçir - Ekspert
11:24 16.06.2023
Gündəm
565
"İmran Xanın dövründə də bu tendesiya davam edirdi, Şahbaz Şərifin hakimiyyətində də eyni istiqamətdə olacaq"
"Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə əsl qardaş ölkə mövqeyidir".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirib.
Hazırda Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə gedən danışıqlarla bağlı Baş nazirə məlumat verdiyini deyən dövlət başçısı qeyd edib:
“Bu sazişin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir, artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır”.
Müstəqilliyimizin ilk illərindən Pakistan və Azərbaycan münasibətlərinin çox yaxın olduğunu deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az" vurğulayıb ki, Pakistan Ermənistanın müstəqilliyini tanımayan və işğal dövründə bizə dəstək olan azsaylı ölkələrdən biridir:

"Bu müddət ərzində Pakistanda müxtəlif iqtidarlar olub. Yəni fərqli şəxslər dövləti idarə edirdi. Ancaq biz görürük ki, kimin hakimiyyətdə olmağından asılı olmayaraq, dövlət münasibətləri eyni səviyyədə qalıb, hətta daha da inkişaf edib. Bu gün də iki ölkə arasındakı münasibətlər inkişaf edən xətt üzrə irəliləyir. İmran Xanın dövründə də bu tendesiya davam edirdi, Şahbaz Şərifin hakimiyyətində də eyni istiqamətdə olacaq".
Ekspert əlavə edib ki, Pakistan və Azərbaycan demokratik dəyərlərə sahib olan ölkələrdir:
"Baxmayaraq ki, Pakistan İslam respublikasıdır, amma ordakı dövlət ənənələri şəxslərə bağlı siyasət üzərindən davam etmir. Yəni ortada dövlət maraqları var və bu şəxslərin maraqlarından öndə tutulur. Ona görə də iki ölkə arasındakı münasibətlər hər zaman qarşılıqlı maraqlar çərçivəsində davam edib, indi də bu şəkildə irəliləyir. Şərifin indiki vəziyyətdə Azərbaycan səfəri, əlaqələrin inkişafını sürətləndirmək və enerji məsələlərində münasibətləri gücləndirmək məqsədi daşıyır. Həmçinin dünən də mesaj verildi ki, Azərbaycan və Pakistan hərbi sahədə də daha yaxın fazaya keçməyi qərarlaşdırıb. Ümumiyyətlə rəsmi Bakı özünün də içində olduğu regional təhdidlər qarşısında, Pakistan kimi hərbi sənayesi inkişaf etmiş dövlətin təcrübəsindən öz xeyrinə istifadə edə bilər. Ona görə də düşünürəm ki, əlaqələrin inkişafı hər iki dövlətin xeyrinədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat