Azərbaycan vətəndaşı Gürcüstanda İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham edilərək həbs edilib - VİDEO - YENİLƏNİB
Yusif Sultanoğlu
11:24 12.11.2023
Gündəm
438
Tbilisi Şəhər Məhkəməsi İŞİD terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən və bir sıra qanunsuz fəaliyyətlərdə ittiham olunaraq saxlanılan Azərbaycan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı "Mtavari Arxi" telekanalı yayıb.
Bildirilib ki, məhkəmə saxlanılan hər iki əcnəbinin digər cinayət əməlləri törətməsi, istintaqın gedişinə mane olması təhlükəsini nəzərə alaraq onların barəsində həbs qətimkan tədbiri seçib.
***
14:21
Azərbaycan vətəndaşı Gürcüstanda İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham edilərək saxlanılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb. Bildirilib ki, ötən gün Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) anti-terror mərkəzi tərəfindən İŞİD terror qruplaşması ilə əlaqəli olmaqda şübhəli bilinərək saxlanılmış iki əcnəbidən biri Azərbaycan vətəndaşı, digəri isə Rusiya vətəndaşıdır.
DTX-nın məlumatında bildirilib ki, onlar Gürcüstan ərazisi ilə qanunsuz olaraq miqrantın başqa ölkəyə köçürülməsi və onun Gürcüstanda qalması üçün müvafiq şəraitin hazırlanması faktı əsasında saxlanılıblar.
Məlumata görə, saxlanılanların məhkəməsi bu saatlarda Tbilisi Şəhər Məhkəməsində keçiriləcək.
Qeyd olunub ki, istintaqın davam etməsi ilə əlaqədar iclas qapalı keçiriləcək.
Saxlanılanların vəkili Ani Şişniaşvili bildirib ki, DTX sübut əldə edə bilmədiyi üçün istintaq Gürcüstan Cinayət Məcəlləsinin odlu silahların və partlayıcı vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və gəzdirilməsini nəzərdə tutan 236-cı maddəsi əsasında aparılır.
Qeyd edək ki, Gürcüstan DTX-nın anti-terror mərkəzi ötən gün Tbilisidə eyni vaxtda iki nöqtəyə basqın edib. Qurumun məlumatına görə, basqın zamanı elektrik şoku cihazları, hərbi vasitələr, saxta sənədlər, əldəqayırma partlayıcı vasitələr və İŞİD simvolları olduğu aşkarlanaraq müsadirə edilib.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 236 və 344-cü maddələri ilə istintaqa başladılıb. Anti-terror mərkəzinin saxlanılanlarla əlaqəsi olan digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyətləri davam etdirdiyi qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm