Azərbaycanda cüdonun 50 illik yubileyi ilə bağlı müsabiqə elan olunub
Yusif Nəzərli
08:10 19.05.2022
Gündəm
293
Azərbaycan Cüdo Federasiyası (ACF) jurnalistlər arasında müsabiqə elan edib.
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu addım ölkədə cüdonun yaranmasının 50 illik yubileyi münasibətilə Milli Mətbuat Günü ərəfəsində atılıb.
Müsabiqədə bütün növ media (TV, radio, qəzet, jurnal, sayt, sosial media) nümayəndələri iştirak edə bilər.
Materiallar 5 alt mövzu - Azərbaycanda cüdonun tarixi, Azərbaycanın cüdo qəhrəmanları, Cüdonun fəlsəfəsi, Cüdo - elitar idman növü kimi, Uşaqların sağlam inkişafında cüdonun rolu üzrə aparılacaq.
Jurnalistlər 20 may – 10 iyul ərzində yayımlanacaq materialları təqdim edə bilərlər. Müsabiqəyə qatılmaq istəyən media mənsubları hazırlayacaqları materialların linklərini musabiqe@judo.az ünvanına mövzu hissəsinə müsabiqənin 5 alt mövzusunun uyğun olan birinin adını qeyd edərək göndərməlidirlər.
Materialların internet resurslarında yayımlanmasını və qalıcılığını təmin etmək üçün müsabiqəyə materialların təqdim olunması yalnız internet üzərindən e-mail vasitəsilə həyata keçirilir. Ənənəvi media (TV, radio, qəzet, jurnal) nümayəndələri müsabiqə materiallarını öz malik olduqları internet resurslarının hər hansı birində (sayt, “Youtube” kanalı, sosial media hesabları və s.) yerləşdirərək linkini təqdim edə bilər. Materialların göndərilməsi üçün son tarix 10 iyul saat 23:59-dur. Bir media qurumu adından maksimum 3, bir jurnalist tərəfindən isə yalnız 1 material təqdim edilə bilər. Multimedia (video, fotoslayd, infoqrafika) elementlərinin istifadə olunduğu materiallara əlavə üstünlük veriləcək.
Təqdim olunacaq materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqlarının qorunması, plagiat olmaması araşdırılacaq. Materialları qiymətləndirəcək 5 nəfərdən ibarət münsiflər heyətinin üzvlərinin kimliyi obyektivliyi təmin etmək üçün mükafatlandırma gününədək açıqlanmayacaq. Hər bir jüri nümayəndəsi materiallara fərdi qiymət verəcək və 5 münsifin verdikləri qiymətlər toplanaraq ümumi nəticə çıxarılacaq.
Jürinin qiymətləndirməsi ilə ən çox bal toplayan 10 material müəllifi qalib seçiləcək. Müsabiqənin qalibləri 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 147 illiyi ərəfəsində elan ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual