Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər -RƏY
07:07 10.01.2025
Gündəm
574
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə sülh müqaviləsindən danışıb, Azərbaycanın sazişi imzalamağa hazır olduğunu bəyan edib. Ölkə başçısı qeyd edib ki, Ermənistan hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməlidir. Siyasi şərhçilərə görə, bu detal çox mühümdür. Məsələ ondadır ki, dünya yeni eranın astanasındadır.
Politoloq Turan Rzayev "Sherg.az"-a deyib ki, söhbət artan geosiyasi gərginlik və beynəlxalq nizamın dəyişməsi ehtimalından gedir. Ekspertin sözlərinə görə, faktiki olaraq bu gün Ukrayna-Rusiya müharibəsinin birincinin ərazi mübadiləsi hesabına yekunlaşa biləcəyi müzakirə edilir:
"ABŞ Prezidenti Donald Tramp belə bunu təkzib etmir. Tramp prezident səlahiyyətlərinə başlamadan Kanada, Panama və Qrenlandiyaya ərazi iddiası irəli sürüb. Sual yaranır ki, ABŞ Rusiya-Ukrayna müharibəsinin Ukraynanın ərazi güzəşti hesabına həllinə razı olarsa və ya Kanada, Panama, Qrenlandiyaya ərazi iddialarını davam etdirərsə, hansı beynəlxalq hüquqdan danışa bilərik? Ermənistan buna görə də Prezidentin dediyi kimi, dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməlidir. Düzdür, Azərbaycanın heç bir ölkəyə ərazi iddiası yoxdur, lakin sülh sazişi də imzalanmayıb. Azərbaycan beynəlxalq hüquqa hörmət, riayət edir. Beynəlxalq hüquq dəyişərsə, Bakının da xarici siyasət kursu, həmçinin hədəflərində dəyişikliyin olması istisna deyil. Ölkə başçısının dediyi kimi, “Biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır”.
Analitikə görə, Bakı dəyişən siyasi konyunktura ilə birlikdə Zəngəzur dosyesinə yenidən baxa bilər:
"Onsuz da Azərbaycanın 1918-ci Paris Sülh Konfransının qərarları ilə belə bir haqqı var. Son olaraq məşhur yutuber Albert İsakovun öz yutub kanalında Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayması, həmin videoda Petrosyanın regionun demoqrafik etnik vəziyyətinin ermənilərin xeyrinə necə dəyişdirildiyini deməsi vacib nüansdır. Bütün bunlar Bakının əlini gücləndirir. Mövcud reallıqlar göstərir ki, İrəvan Bakının tələblərini qəbul edib, sülh müqaviləsi imzalamalıdır. 2025-ci il həm dünya tarixi, həm də Ermənistan-Azərbaycan münasibətləri baxımından maraqlı il ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm