Bakıda da moped ambulanslar dövrü başlayır?
13:08 13.10.2023
Gündəm
704
Sürət, çeviklik, ünvana daha tez çatmaq təmin edilə bilər
"Bunun üçün təcili tibii yardım sistemində müəyyən islahatlar aparılmalıdır" Rusiyanın Kazan şəhərində ambulans motosikletlər dövrü başlayıb. Təcili yardım həkimlərinin bəzilərinə motosiklet verilib və onlar çağırışlara özlərinin idarə etdiyi motosiklet – mopedlə gedirlər. İlk tibib ayrdm çantası da mopedin üzərinə bərkidilir. Görəsən, bu üsul tıxaclı Bakımızda da tətbiq olunarsa, təcilıi yardımın yollarda zaman itirməsinin qarşısı alınarmı?
Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında bildirdi ki, mobed ambulanslar ideyası müsbət görünür. Lakin burada bəzi nüanslara fikir vermək lazımdır:
- Birincisi, gərək həkim, tibbi bacısı moped idarə etməyi bilsin. Bu, ilk baxışda asan görünə bilər, lakin heç də asan deyil. Uzaq məsafələrə moped sürən həkimin vəziyyətini düşünün. Yorğun, gərgin halda çağırış ünvanına çatacaq. Mopedlər atomobil yollarında heç də təhlükəsiz deyil. Hər cür qəza baş verə bilər. Ambulans avtomobilini peşəkar sürücülər idarə edir. Həkim briqadasını çağırış ünvanına təhlükələrdən maksimum sığortalanaraq çatdırır. Əlbəttə, moped ambulanslarda prinsip etibarilə mənfi bir hal yoxdur. Sürət, çeviklik, ünvana daha tez çatmaq təmin edilə bilər. Bunun üçün təcili tibii yardım sistemində müəyyən islahatlar aparılmalıdır. Moped ambulansla əlbəttə ki, həkim briqadası – həkim və tibb bacısı hərəkət edə bilməyəcək. Onunla yalnız bir həkim çağırışa gedə bilər. Moped ambulanslarla ancaq yüngül xəstələri, ani rahatsızlıq keçirən, yerində təxirəsalınmaz müdaxilə tələb olunan insanlara kömək etmək olar. Tutaq ki, kiminsə təzyiqi qalxıb, ürək döyüntüləri çoxalıb, şəkəri yüksəlib və sair. Yəni, stasionar müalicə, xəstəxanaya, tibb müəssisəsinə çatdırlma tələb olunmayan xəstələr üçün istifadə edilə bilər.
Ş.Məmmədov bildirdi ki, tıxaclarda mopedlərin yolu rahatdır, hərəkət edə bilirlər. Lakin təcili yardım briqadası çağırış ünvanına kecikməsin deyə, xüsusi hərəkət zolağı ayrılmalı, avtomobillər etik qaydalara riayət edib təcili yardım avtomobilinə yol verməlidirlər.
Oxşar xəbərlər
Brüsselə yaxınlaşmaq Paşinyana Moskva ilə danışıqlarda manevr imkanı verir - Politoloq
18:57 06.11.2026
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
18:39 06.11.2026
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm