Bayden Qarabağ münaqişəsinin həlli ilə tarixə düşmək istəyir - RƏY
15:26 06.12.2024
Gündəm
569
ABŞ Dövlət Katibinin köməkçisinin müavini Coşua Hak və Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, həmkarları ilə yüksək səviyyəli görüşlər keçirmək və səfir Libby və onun komanda üzvləri ilə məsləhətləşmələr aparmaq üçün bu gün Bakıya səfər ediblər.
Azərbaycan rəsmiləri ilə apardıqları müzakirələrdə Dövlət Katibinin köməkçisinin müavini Hak və baş məsləhətçi Bono, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhə nail olmaq üçün növbəti addımları, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və COP29-un uğurundan sonra iqlim məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər.
Politoloq Əhəd Məmmədli ABŞ rəsmilərinin Bakıya səfərini "Sherg.az"a təhlil edərkən bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra ABŞ, tərəflər arasında hələ də "ləyaqətli sülh"ün imzalanmaması məsələsindən narahatlığını dəfələrlə ifadə edib:
"Lakin maraqlıdır, niyə 30 il ərzində ABŞ bu "ləyaqətli sülh" məsələsi ilə bağlı narahatlıq göstərmədi? Hazırkı regiondakı reallıq isə bir neçə mühüm faktı ortaya qoyur: Azərbaycan müharibədən qalib çıxan dövlət kimi öz ərazi bütövlüyünü bərpa edib və artıq regionda güclü bir mövqe tutur. Bu, xüsusilə, qonşu Türkiyənin siyasi dəstəyi ilə daha da möhkəmlənib.
Digər tərəfdən, Ermənistanın vəziyyəti çox da ürəkaçan deyil. Ermənistan öz daxili çətinlikləri və iqtisadi-siyasi problemləri ilə mübarizə aparır. Buna baxmayaraq, ABŞ-ı ən çox narahat edən məsələ, Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsi ilə əlaqədar regionda yeni müharibə başlama ehtimalıdır. Bu səbəbdən, ABŞ-ın regiona səfərlərinin sayı son dövrlərdə artıb. Lakin Bayden Administrasiyasının hakimiyyəti təhvil verməsi yaxınlaşır və bu səbəbdən ABŞ-ın səfərlərinin ciddi nəticələr doğuracağı gözlənilmir. ABŞ-ın hazırki prezidentinin hakimiyyətdən getməzdən əvvəl bu prosesdə xüsusi bir rol oynamaq istədiyi açıqdır".
Ekspert əlavə edib ki, Bayden Azərbaycan-Ermənistan arasında sülhün imzalanmasını təmin edərək, öz siyasi irsini möhkəmləndirmək və tarixə keçmək istəyir.
"Bu yanaşma, xüsusilə 1995-ci ildə Bill Klintonun Bosniyada sülhü təmin etməsi ilə müqayisə edilə bilər, çünki Klinton həmin dövrdə sülhün təmin edilməsi ilə tarixə adını yazdı. Lakin unutmamalıyıq ki, Qarabağ münaqişəsi, post-Sovet məkanının ən qədim və mürəkkəb münaqişələrindən biridir. Tərəflər arasında fərqli maraqlar və dərinləşən anlaşılmazlıqlar mövcuddur. Bu da o deməkdir ki, qısa müddət ərzində tərəflərin, öz maraqlarına uyğun gəlməyən bir sülh müqaviləsinə razılaşması çox çətin olacaq. Baydenin "ləyaqətli sülh" təşəbbüsü, çox güman ki, onun siyasi irsini gücləndirmək məqsədini güdür və bu da sülhün əldə olunmasında əsas rol oynamayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm