Bayraktar: Avropa Türkiyədən Rusiya qazı olmayan istənilən qazı istəyir

Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, Avropa ölkələri Ankaradan Rusiya mənşəli olmayan qaz tədarükü ilə bağlı müraciətlər edir.

Sherg.az xəbər verir ki, nazirin sözlərinə görə, Türkiyənin əsas təbii qaz təchizatçıları Rusiya, Azərbaycan və İrandır. Bundan əlavə, ölkənin İsveçrə, ABŞ, Böyük Britaniya və Fransa ilə mayeləşdirilmiş təbii qaz (LNG) üzrə sazişləri mövcuddur.

Bayraktar qeyd edib ki, boru kəmərinə daxil olan qazın mənbəyini müəyyən etmək çətindir və tədarükçü kimi Türkiyə qazın mənşəyini təsdiqləyən sənədləri təqdim etməyə borcludur.

O, həmçinin vurğulayıb ki, Türkiyə Rusiya qazından imtina etməyi planlaşdırmır. Bununla belə, bu ilin yanvar-may aylarında Rusiyanın Türkiyəyə boru kəmərləri ilə qaz ixracı 4,1 faiz azalaraq 9,6 milyard kubmetrə düşüb.