Sərəncamın imzalanması Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində məhz vətəndaş amilinin dayandığının göstəricisidir. Dövlət başçısı müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə onların ailələrinə böyük sevinc yaşadıb.
Bayramda neçə-neçə insan azadlığa çıxdı
Turan
09:25 20.03.2021
Gündəm
394
"Prezidentin sonuncu əfv sərəncamı müxtəlif siyasi qütblərdə və sosial şəbəkələrdə müsbət qarşılanıb"
Prezident İlham Əliyev tərəfindən əfv sərəncamlarının imzalanması artıq ənənə halını alıb. Ölkə rəhbərinin martın 18-də imzaladığı növbəti sərəncama əsasən 475 nəfər azadlığa buraxılıb. 98 məhbusun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Əfv Sərəncamı ümumilikdə 625 nəfərə şamil edilib ki, bu da təkcə Azərbaycan sərhədləri çərçivəsində deyil, daha geniş miqyasda gerçəkləşən, müasir dövrün ən böyük humanizm aksiyalarından biri sayıla bilər.
Sərəncamın imzalanması Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində məhz vətəndaş amilinin dayandığının göstəricisidir. Dövlət başçısı müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə onların ailələrinə böyük sevinc yaşadıb.
Prezidentin sonuncu əfv sərəncamı müxtəlif siyasi qütblərdə və sosial şəbəkələrdə müsbət qarşılanıb. Sosial şəbəkələrdə ictimai fəallar, siyasətçilər, media rəhbərləri ölkə rəhbərinin sərəncamını alqışlayıblar.
Millət vəkili, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib ki, növbəti əfv sərəncamı dövlət başçısının humanizm siyasətinin, vətəndaş amilinin hər zaman öndə dayanmasının növbəti təzahürüdür. Deputatın sözlərinə görə, amnistiya təşəbbüsləri xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirilib:
“Burada diqqət çəkən məqamlardan biri də odur ki, siyasi mənsubiyyətindən asılı olmayaraq məhkum olan şəxslər də əfv edilib. Sərəncam xalqımız tərəfindən birmənalı olaraq yüksək qiymətləndirilir. Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 67 əfv Sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib. Əminik ki, əfv olunan şəxslər dövlət başçısının bu humanist addımından düzgün nəticə çıxaracaqlar”.
Politoloq Şəbnəm Həsənova da deyib ki, ölkə başçısı hər zaman ali humanistlik, qayğıkeşlik nümunəsi göstərərək əfv sərəncamları imzalayır:
“Bu sərəncam Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətinin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin növbəti bariz nümunəsidir. Qərar bayram günlərində neçə-neçə insana azadlıq, ailələrə sevinc bəxş etdi. Bu addım İlham Əliyev tərəfindən atılmış humanist addım olmaqla yanaşı, eyni zamanda dövlət siyasətinin əsasını insan amilinin təşkil etdiyi faktını yenidən sübut etdi. Sonuncu əfv sərəncamı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdi. Bu cür addımlar həm ölkə başçısı, həm də Mehriban xanım Əliyevanın öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya