Qazaxıstanın Aktau şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.
Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda məşqçi Elbrus Rzayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın U-23 millisi 3 medal qazanıb.
Komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kiloqram) gümüş, Zidan Hünbətovla (55 kiloqram) Əli Abdullayev (65 kiloqram) bürünc mükafata yiyələniblər.