Bayramov-Mirzoyan görüşünün gizlinləri - Analitik
13:09 17.07.2022
Gündəm
489
Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk dəfə ikitərəfli görüş keçirdi. 3 saata yaxın davam edən Bayramov-Mirzoyan görüşü təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə baş tutdu.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Bakı və İrəvanın görüşlə bağlı rəsmi açıqlamalarında eyni və fərqli olan məqamlar var:
"Üst-üstə düşən məqamlar odur ki, hər iki tərəf münasibətlərin normallaşmasını istəyir. Hər iki tərəf götürdükləri öhdəliklərin icrasının tərəfdarıdır. Hər iki tərəf bu formatda dialoqun davam etdirilməsinə razılaşıblar. Ermənistan Bakıda həbsdə olan “hərbi əsir” hesab etdiyi erməni terrorçuların qaytarılmasını, Azərbaycan itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsini istəyir. Fərqli məqamlar isə görüşün nəticələrini və hadisələrin mümkün inkişafını müəyyənləşdirir. Bakı üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasını tələb edir. Bura Rusiya tərəfinin iyun ayına qədər çıxarılmasına söz verdiyi, lakin vədini yerinə yetirmədiyi 4-cü bəndin həyata keçirilməsi, o cümlədən, Zəngəzur dəhlizinin Ermənistan tərəfinə düşən hissəsində işlərin başlanılması da daxildir. Rəsmi İrəvanın açıqlamasında sadəcə “öhdəliklərin yerinə yetirilməsi” qeyd olunur".
Analitik vurğulayıb ki, İrəvan “Qarabağ münaqişəsinin” həll edilmədiyini deyir:
"Minsk qrupunun mandatından istifadə edilməsini istəyir. Bakının açıqlamasında bununla bağlı heç bir qeyd yoxdur. Uzlaşan və çarpazlaşan məqamlar deməyə əsas verir ki, 3 saat davam edən görüşdə humanitar və ikitərəfli dialoqun davam etdirilməsi razılaşdırılsa da, prinsipial məsələlər açıq qalır. Xüsusilə İrəvanın “münaqişə” və Minsk qrupu haqda dedikləri “status” iddiasına davam etdiyini göstərir. Prezident son çıxışında XİN rəhbərlərinin görüşünün nəticəsini gözlədiyini, addımların buna uyğun atılacağını bəyan etdi. Rəsmi açıqlamalar prinsipial məsələlərlə bağlı anlaşmanın olmadığı ehtimalını önə çıxarır. Və bu kontekstdə Bakı iki istiqamətdə hərəkət edə bilər. Zəngəzura status istəyi ilə bağlı məsələni praktiki mərhələyə keçirə bilər. Miqyasından asılı olmayaraq, Ermənistanı, həm də prosesdə iştirakçı olan bütün tərəfləri razılaşmaların icrasına məcbur edəcək addımlar ata bilər".
A.Nərimanlıya görə, nazirlərin ikitərəfli görüşlərin davam etdirilməsi razılaşması açıqlanmayan məqamlara da diqqət çəkir:
"Bunu proseslərin inkişafında müəyyənləşdirmək mümkün olacaq. Ermənistan indiki mərhələdə ən azı sülh sazişinin imzalanması üzrə işçi qrupunu formalaşdırmalı və Zəngəzur dəhlizinin dəmir yolu layihəsinin texniki-maddi iqtisadi əsaslandırmasını hazırlamalı, avtomobil yolu marşrutunu Azərbaycana verməlidir. Bakının praktiki addımlara keçidini müvəqqəti də olsa, bu məsələlər dayandıra bilər. Əks təqdirdə, nələr ola biləcəyini ölkə rəhbərinin çıxışından təxmin etmək mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya