BƏƏ İranın hücumları başlayandan bəri 341 ballistik raketi zərərsizləşdirib

Yaxın Şərqdə eskalasiya başlayandan bəri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İrandan buraxılmış ümumilikdə 341 ballistik, 15 qanadlı raketi və 1 748 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Təkcə martın 21-də hava hücumundan müdafiə qüvvələri İran tərəfindən istiqamətləndirilmiş 3 ballistik raketi və 8 PUA-nı zərərsizləşdirib.

Hücumlar nəticəsində xidməti vəzifələrini yerinə yetirən iki hərbi qulluqçu həlak olub. Bundan əlavə, altı dinc sakin - Pakistan, Nepal, Banqladeş və Fələstin vətəndaşları ölüb.

Qurumun məlumatına görə, 160 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.