Beşdən artıq müsahibədə iştirak ödənişlidir"
Yusif Nəzərli
04:40 06.08.2022
Gündəm
465
“Dövlət qulluğu imtahanına sayğısız yanaşanlar ödəniş etməli olacaqlar”. Bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz "Sherg.az"a deyib. Ekspert bildirib ki, xeyli müddətdir dövlət qulluğuna qəbulla bağlı Dövlət İmtahan Mərkəzinin müsahibə komissiyasında iştirak edir: “İndiyədək proses elə qurulmuşdu ki, iddiaçı istədiyi sayda dövlət vəzifəsinə iddia edə bilər, istədiyi zaman imtahana qatılmaya bilərdi. Bu səbəbdən də baş tutmayan müsahibələrin sayı çox olurdu. Elə namizəd olurdu ki, 40-50 vəzifəni tutmaq üçün müraciət edirdi və kefi hansında istəsə onda da iştirak edirdi. Rəsmi məlumata görə, indiyədək təyin olunan müsahibələrdən 63 faizinin keçirilməsi məhz namizədlərin müsahibələrdə iştirak etməməsi və ya imtina etməsi səbəbindən mümkün olmayıb.
Hazırda isə artıq qanunvericiliklə bu məsələlər yenidən tənzimlənib. Artıq beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini də Tarif Şurası müəyyən edib. İddia edilən dövlət vəzifəsinin daxil olduğu qruplardan asılı olaraq bu məbləğ 40-60 manat arasında müəyyən olunub. Eyni zamanda iştirakla bağlı öncədən məlumat verilmədikdə ödəniş geri qaytarılmır və üzürsüz yayınma müsahibə sayında nəzərə alınmayacaq. Yəni artıq onun pulsuz iştirak hüququ olan müsahibələrin sayı azalmış olacaq”.
O.Gündüz vurğulayıb ki, bundan sonra müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizəd gərək ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etsin: “Həmçinin, qabaqcadan ciddi hazırlıq olmalıdır ki, şansı azalmasın.
Amma görünür ki, hələlik bununla bağlı məlumatlılıq yetərli deyil. Elə ötən gün keçirilən müsahibədə də bir daha bunun şahidi olduq. İddiaçıların bəzilərinin yenə də açıq-aşkar heç bir hazırlıq olmadan, sanki tanışlıq və ya özünü sınamaq məqsədilə müsahibəyə qatıldığı hiss olunurdu. Odur ki, müraciət edənlər yetərincə uğur qazana bilmədi və pulsuz iştirak hüququ olan müsahibə sayı azalmış oldu. DİM yenidən bu haqda açıqlama verib və namizədləri yeni qaydalarla tanış olmağa və müsahibələrə diqqətli yanaşmağa çağırıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm