Bir sıra məhkəmələrə hakim və sədr təyin edilib - SİYAHI
Bir sıra məhkəmələrə hakim və sədr təyin edilib - SİYAHI
10:06 08.04.2024
Gündəm
408
Bir sıra məhkəmələrə sədrlər, məhkəmə kollegiyaları sədrləri və birinci instansiya məhkəmələri hakimləri təyin edilib.
Sherg.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, apellyasiya instansiyası məhkəmələri üzrə Toğrul Məhəmməd oğlu Əli Gəncə Apellyasiya Məhkəməsinin sədri; Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri; Səxavət Şahhüseyn oğlu Bəylərli Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri; Əli Kərim oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri; Mirzə Nəsib oğlu Tağızadə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri; Məhəmmədəli Əsəd oğlu Rzayev Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri; Ayaz Akif oğlu Mahmudov Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin.
Ağır cinayətlər məhkəmələri üzrə Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib.
İnzibati məhkəmələr üzrə Rüstəm Lətif oğlu Kərimli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilib.
Kommersiya məhkəmələri üzrə İslam Əli oğlu Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib.
Hərbi məhkəmələr üzrə Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri; Zeynal Qurban oğlu Ağayev Bakı Hərbi Məhkəməsinin sədri təyin edilib.
Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə Mehrab Fərmayıl oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin sədri; Zülfüqar Əziz oğlu Əhmədov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri; Gülnar Xanlar qızı Səfərəliyeva Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin sədri; Hüseyn Nadir oğlu Zülfüqarov Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsinin sədri təyin edilib.
Bakı şəhərinin rayon məhkəmələri üzrə: Anar Vəzir oğlu Tanrıverdiyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi və sədri; Lətifə Məhyəddin qızı Məmmədova Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib.
Rayon (şəhər) məhkəmələri üzrə: Məhəmməd Ənvər oğlu Bağırov Ağdaş Rayon Məhkəməsinin hakimi və sədri; Rəfayil Əfraddin oğlu Əliyev Biləsuvar Rayon Məhkəməsinin sədri; Kənan Hafiz oğlu Vəliyev Gəncə Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Daşkəsən Rayon Məhkəməsinin hakimi və sədri; Rəşad Mustafa oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi və sədri; Günel Bəkir qızı Əkbərli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri; İlkin Qismət oğlu Abdullayev Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri; Zaur Rafiq oğlu Pirverdiyev Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək İmişli Rayon Məhkəməsinin hakimi və sədri; Abbas Baba oğlu Əliyev Qəbələ Rayon Məhkəməsinin sədri; İxtiyar Əliyar oğlu Abuşov Saatlı Rayon Məhkəməsinin sədri; Ayaz Süleyman oğlu Məmmədov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şabran Rayon Məhkəməsinin hakimi və sədri; Zaur Mirzağa oğlu Allahyarov Şəmkir Rayon Məhkəməsinin hakimi və sədri; Rəşad Azad oğlu Məmmədov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Yardımlı Rayon Məhkəməsinin hakimi və sədri; Ədil İsa oğlu Məmmədov Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm