Blinken: Yaxın günlərdə Qəzza üçün humanitar yardım göndəriləcək

Yaxın günlərdə Qəzza üçün böyük miqdarda humanitar yardım göndəriləcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərə açıqlamasında bildirib.


O qeyd edib ki, mülki şəxslərin bölgədən təxliyəsi məsələsi də müzakirə edilir.

Blinken türkiyəli həmkarı Hakan Fidanla görüşünün səmərəli keçdiyini də vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Fələstin xalqının yaşadığı dəhşəti anlayır və tez bir zamanda sülhə nail olmaq üçün səylər göstərir.